AC Milan futbol və kriket komandası kimi 1899-cu ildə Milanda ingilis Alfred Edwards tərəfindən quruldu.Klub rəngləri qırmızı və qara rənglər seçildi və Herbert Kilpinin kapitanlığı vaxtında Milan 3 dəfə 1901,1906,1907-ci illərdə skudettonu götürdü.
1908-ci ildə İtalyan və İsveç oyunçular arsında italyanların hökmranlığına görə kiçik mübahisə baş verdi və İsveçlilər öz klublarını İnternazionale-ni yaratdılar.Klub adından göründüyü kimi xarici oyunçulara açıq idi və bu qəzəbli Milan-İnter rəqibliyinin başlanğıcı idi hansıki hal hazırda da davam edir.
Qara illər
!907-ci ildəki skudettodan sonra Milan 40 il heç nə qazana bilmədi ən yaxşı nəticəsi 2-ci və ya 3-cü yer olurdu.
İnter müharibəsi Milanın qara 2 ilindən 1-i kimi bilinir.1980-ci illərdə klub 2 dəfə Seria B-yə düşdü.
1938-ci ildə Benito Mussolinin faşist rejimi kluba təzə ad qoydu Associazione Calcio Milano.
Gre-No-Li
Milan tarixi ərzində 4 dəfə gözəl heyət qurub.1-I 1950-ci ildə Gunnar Gren, Gunnar Nordahl və and Nils Liedholm 3 İsveç triosu olan vaxt.Bu trio Milana 1951,1955,1957,1959-cu illərdə 4 skudetto qazanmağa kömək etdi.İtalyan mətbuatı onların soyadlarının əvvəlki hissələrini götürüb Gre-No-Li adını düzəltdi.
Nordahl həmişə Milanın ən çox qol vuran oyunçusu oldu.1949-156-cı illər arası 268 oyuna 221 qolla.Gren nəhəng yarımmüdafiəçi idi hansı ki 1951-ci ildən etibarən Nordahl-a qollar vurmaq üçün gözəl ötürmələr edirdi və komandasına çox böyük təsir göstərirdi.
Liedholm yarımmüdafiəçi idi və o komandasının lideri idi.O Milanda 39 yaşına kimi 12 sezon keçirib və sonar futbolu buraxıb.O sonradan 1979-cu ildə Milanın məşqçisi oldu və sonar 1983-cü ildə Roma ilə skudettonu götürdü.
Rocco illəri
Nereo Rocco Rocco 1961-63 və 1967-73 illər ərzində Milanın məşqçisi olub.Təzə məşqçi catenaccio taktikasının ilk tərəfdarı kimi məşhurdur.Rocco Milana 1962 və 1968-ci illərdə 2 skudetto,1963 1969-cu illərdə 2 çempionlar liqası titulu və 1969-cu ildə beynəlxalq tac qazandırdı.
Onun vaxtında əfsanəvi oyunçular bolluğu var idi.Braziliyalı oyunçu Jose Altafini Rossonerilər üçün 205 oyuna 120 qol vurmuşdu.
Qızıl oğlan Giani Rivera Milanda inanılmaz 19 il keçirib və 1969-cu ildə Ayax üzərində 4-1 qələbə ona həmin il Ballon d’Or in mükafatı almağa kömək etdi.
Digər mükəmməl oyunçular Giovanni Trapattoni hansı ki Pele bir dəfə onun haqqında oynadığım ən çətin keçilən müdafiəçidi demişdi,Alman Karl-Heinz Schnellinger,digər Braziliyalı Angelo Sormani həmin vaxtlar çıxış edib.
Qara illər 2-ci hissə
Milan 70-ci illərin ortasına kimi uğurlu olmağa davam elədi və Avropa kuboku 3 Coppa İtaliya götürdü.1979-cu ildə Milan 10-cu skudettonu götürməklə ilk ulduzunu qazandı.Bu uğurdan sonar Rivera futbolu tərk etdi və pis hadisələr bundan sonar başlıyırdı.
1980-cı ildə Milan Totonera ilə skandala görə Seria B-yə göndərildi.Milan tez uğur əldə etdi ancaq 1982-ci ildə faciəvi səbəbə görə Milan yenidən Seria B-yə göndərildi.
Berlusconinin prezidentliyi
1986-cı ildə Milanın sahibkarı və siyasətçi Silvio Berlusconi Milan klubunu aldı və klubu gələcəkdə Avropa fitbolunun ən yaxşı klublarından biri edəcəkdi.Berlusconi kluba məşqçi kimi Arrigo Sacchi-ni və üç Holland Marco Van Basten, Ruud Gullit və Frank Rijkaard və cavan İtalyan ulduzu Roberto Donadoni-ni heyətə qatdı.
Sacchi-nin başçılığı altında Milan 1989,1990-cı illərdə 2 çempionlar liqası 1988-ci ildə skudetto və 2 beynəlxalq tac qazandı.Rossonerilərin arxa hissəsi Paolo Maldini, Mauro Tassotti, Franco Baresi, və Alessandro Costacurta ibarət idi və dünyanın ən yaxşı müdafiə klubu idi.
Capello uğuru
Sacchi 1992-ci ildə klubu tərk edərək İtalyan millisinin başına keçdi.Sacchi-dən sonra onu Fabio Capello əvəz etdi hansı ki kluba 5 ildə 4 skudetto qazandırdı.O kluba 1994-cü ildə daha 1 çempionlar liqası çempionu qatdı hansı ki finalda Barselonanı 4-0 hesabı ilə darmadağın etmişdi.Rossonerilər 90-cı illərin əvvəllərində özlərini Avropanın top klub siyahısında yerlərini qoydular.
Ancelottinin qayıdışı
Bu möhtəşəm uğurlardan sonra Capello klubu tərk edərək Real Madridə getdi.Bundan sonra kluba bir neçə məşqçilər gəldi. Oscar Tabarez, Sacchi (2-ci dəfə), Capello (2-ci dəfə), Alberto Zaccheroni və Fatih Terim.Zaccheroni 1999-cu ildə kluba skudetto qazandırdı ancaq klub 90-cı illərin əvvəlində olduğu kimi uğurlu deyildi.
2001-ci ilin əvvəlində kluba Milanın Sacchinin dönəmind oyunçusu olan Ancelotti gəldi.Ancelotti kluba Avropada möhtəşəm uğğur qazandırdı,Ancelotti kluba2003,2007-ci illərdə çempionlar liqası çempionluğu,2003,2007-ci illərdə Super kubok və 2004-cü ildə skudetto qazandırdı.